Modern.az

Serbiya da Dağlıq Qarabağdakı “prezident seçkiləri”ni pislədi

Serbiya da Dağlıq Qarabağdakı “prezident seçkiləri”ni pislədi

22 İyul 2012, 12:01

Serbiya Respublikasının Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı fəaliyyətini, münaqişənin həlli üçün apardığı işi və səylərini tam dəstəklədiyini ifadə edir və qarşılıqlı məqbul nəticə əldə etmək üçün iki tərəfi əlavə səylər göstərməyə çağırır. 19 iyul 2012-ci il tarixində Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı Serbiya Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, bu seçkilər qeyri-legitimdir və BMT-yə üzv olan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi beynəlxalq nizamın söykəndiyi əsas prinsipdir. Buna görə bu seçkilər regionun gələcək statusuna və münaqişənin sülh yolu ilə həllinə nail olunması məqsədilə aparılan danışıqlar prosesinə təsir göstərə bilməz . Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı