Modern.az

Analarının ad gününə çata bilməyən şəhid qardaşlar... - VİDEO

Analarının ad gününə çata bilməyən şəhid qardaşlar... - VİDEO

Aktual

1 Dekabr 2020, 10:50

Canını balası üçün hər an qurban verməyə hazır olar analar. Mövzu Ana Vətən olanda isə analar susarlar, dinməzlər. İki övladı şəhid olan lerikli ananın da ürəyi qan ağlayır.

 

Modern.az xəbər verir ki, AzTV Lerikli şəhid qardaşlar Altay və Elgün Mövlanov qardaşlarının evində olub. Qardaşlardan biri sentyabrın 30-da, o biri isə oktyabrın 30-da - anasının ad günündə şəhid olub. İkisi də icazə alıb ad gününə gələcəkdilər, amma qismət olmayıb. 

 

Şəhid anası Sevda Novruzova deyir ki, onlar övladı özləri üçün böyütməyiblər:

 

“Biz övladlarımızı Vətən və torpaq üçün böyütmüşdük”.

 

Qeyd edək ki, Mövlanov nəslinin digər nümayəndələri I Qarabağ müharibəsində də fəal iştirak ediblər. Əmilərin ikisi Birinci Qarabağ savaşında şəhid olub, ikisi isə yaralanıb. Şəhid qardaşlar da əmilərinin yolunu davam etdiriblər. Onlar döyüşdə düşmənə qan udduraraq əmilərinin də qisasını yerdə qoymayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı