Arxiv
1 Dekabr 2020, 17:18 | AKTUAL
“Laçın” ruhköçürmə stansiyası - ESSE

Elmin Nuri

(Yurd-yuva həsrəti  ilə yaşayıb, bu dünyadan nakam köçən insanların ruhlarına ithaf edilir)

 

Ürəyi partlayan qoca Xanın açıq qalan  gözlərindəki sual işarəsinə bənzəyirdi Vətən...

                                                                   ***

İnsanlar qoca Xan ölən gün bunun fərqinə vardılar... Yalnız ölən gün... Elə mən özüm də məhz o gün buna diqqət etmişdim.

Əslində, bunun günahı həm də qoca Xanın özündə idi; gözlərini hər kəsdən gizləyir, gözlərinin dərinliyində gəzdirdiyi, sual işarəsi ilə əhatə olunan Vətəni heç kəsə göstərmirdi.

                                                        ****

Əslən, Laçından idi... Amma Laçının işğalından sonra yaşadığı yerlərdə - məcburi köçkün sığınacaqlarında, daha sonrasa şəhərcikdə kimsə onu adı ilə çağırmazdı. Eləcə, hamı ona Xan deyərdi...

 

Məcburi köçkün taleyi yaşayan həmyerliləri üçün onun tam fərqli özəlliyi vardı: Qoca Xan  el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Laçınlaşan adam idi... Laçın  bir məkan olaraq, öz ruhunu Xana köçürmüşdü... Bütün laçınlılar də hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkib qayıdardılar... Belə idi bizim Xan baba... Deyərdilər ki, kişi elə bil Laçının dağları, düzləri, yaylaqlarının özüdür.. Söhbətindən doymaq olmur;elə bir oradakı bumbuz bulaqdan su içirsən... Amma mən Laçını görməmişdim...

 

Xan baba isə ölən gününə qədər Laçını hər kəsdən gizlədi. Onun əzəmətini, füsunkarlığını gözlərinin dərin qəfəsində ciddi-cəhdlə qoruyub saxladı... Bəlkə də, o göz dərinliyindəki əsl Laçını həndəvərindəki köçkün həyatı yaşayan laçınlılara yazığı gəldiyi üçün göstərmirdi...Amma bir şeydən xəbəri yox idi: Laçın artıq onun gözlərindəki dərinlikdən çıxıb bütün vücuduna yayılmışdı. Ruhu kimi, bədəni də Laçına bürünmüşdü... Saçlarının ağından üzündəki sərt cizgilərə qədər laçınlaşmışdı qoca Xan... Bunları da mənə rəhmətlik babam deyərdi... Çünki yenə deyirəm, mən özüm Laçını görməmişəm... Xan babanı isə indi də yaxşı xatırlayıram... Düz demədim, Laçın babanı...

 

Deyirlər ki, o, həm də SƏS olaraq yaşamışdı: Laçın dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz  səsi kimi...

Yurdun ruhu, yaddaşını həmişə bu səsdə oyaq saxlamışdı... Boşuna laçınlaşmamışdı ki,  qoca Xan, Laçın babam!

 

Bəzən, rəvan, buzdan soyuq çay şırıltısı kimi ötkəm nitqində, bəzənsə təmkinli və təmkinli olduğu qədər də sərtdən sərt, nisgildolu baxışlarında bir SƏS kimi dillənmişdi Xan baba...

 

Bəli, biz ona Xan baba deyərdik. Adını bilmirdik nədi... Deyilənə görə, Xan babanın Laçın işğal olunandan ta ölüm anına qədər ancaq bir halda üzü gülərmiş: Xanəndə Xan Şuşinskinin ifasını dinləyəndə.. Özündən asılı olmayaraq uşaqlaşarmış, gözləri gülərmiş, siması işıqlaşar, nəfəsi daha dərindən eşidilərmiş...

Deyəsən, Xan baba elə ancaq Xan Şuşinski oxuyan zaman nəfəs aldığının fərqində olarmış. Deyəsən, nəfəs deyilən nəsnə Xan babaya yalnız elə Xan Şuşinski oxuyan zaman lazım olarmış.

Sığınacaqdakı laçınlılar da öz qoca həmyerlilərinə xoş gəlsin deyə, ona Xan baba deməyə başladılar...Amma bəlkə də laçınlılar Xan babaya yaşadığının fərqində olsun, nəfəsini yadlaşdırmasın deyə o adı vermişdilər...

 

Xan baba  da bu yaxşılığı cavabsız qoymadı:  istər söz-sovunda,  istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Laçın ruhu, ovqatı ötürdü.

                                                     ***

“Vətən öz adamları  ilə canlıdı. O adamlar kimə və hara öz ruhunu yazsalar, demək vətən də oradadı.

İnsanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayıb, cəminə  VƏTƏN deyirlər...”. Bunu Xan babanın Laçın işğal olunan zaman hələ gənc olan bir yazıçı eloğlusu demişdi... Sonradan həmin gənc yazarın ( indisə yaşı 45-i adlamış) Laçına həsr etdiyi bir yazısında bu cümlələri oxuyanda çox kövrəlsə də, sevinmişdi. Özünü sanki o sətirlərdə görmüşdü Xan baba...

O sətirləri oxuyanda anlamışdı ki, o bu neçə illər ərzində  doğma Laçını  ruhuna  yerləşdirib və onu bir qala kimi qoruyub. 

Özü kiçik bir daxmada, təkə-tənha yaşayırdı. Amma di gəl ki, bu kiçik daxmaya bütün Laçını  sığdıra bilmişdi. Bu kiçik daxma həm də qanköçürmə məntəqəsi idi bir növ...

 Qan itirənə qan vurulduğu kimi, Laçını itirənlərə də Laçın ruhunu qoca Xan bu daxmada  köçürürdü… Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə…

O, laçınsızlar  üçün laçınsızlığın  ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın  köçürürdü…

Ona görə də, qoca Xan ölən gün bu elin insanları sanki Laçını yenidən itirdilər… Öləndən sonra gözlərinin açıq olduğunu görüb sanki Laçına boylanmaq üçün tez qaçıb onun donuq gözlərinə baxmaq istədilər... Lakin.... əzəmətli Laçının yerinə, nigaranlığın yaratdığı nəhəngdən də nəhəng bir sual işarəsinə bənzəyən Vətən gördülər...

                                                                     ***

 

Düzü, hamının müdrik insan kimi sevdiyi Xan babanın hansı işin, sənətin sahibi olduğunu heç zaman bilmədim... Bizim üçün o ancaq və ancaq Xan baba idi... Bütün peşələr, vəzifələr, sənətlər bu adın qarşısında nə idi ki?! Amma indi düşünürəm ki, Xan baba son nəfəsinədək ancaq bir peşənin sahibi olub –müəllimlik! Görən, bu, o zaman  niyə ağlma gəlmirdi ki?!

Bəli,  o, bir müəllim idi. Lakin hamının bildiyi müllimlərdən yox... O bildiyimiz fənlərdən heç birisini uşaqlara keçməyib. Qoca Xanın yeganə tədris predmeti Laçın olub. O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Laçını, daha doğrusu, bu yurdun mahiyyətini öyrədib.

Yəqin ki, laçınçılıq  dərsini Xan müəllimdən yaxşı tədris edən çox az adam olub.

                                     ****                                       

Xan babanın öldüyü günü bu gün də yaxşı xatırlayıram: Həmin gün o, ölümü ilə vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrolaçını, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna –Makrolaçının təbiətinə qaytardı…Kiçik zərrə öz Günəşinə qovuşdu…

Qoca Xan bu gün doğma Laçının kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə yardım edə bilmir… Yəni, onların ruhuna Laçın köçürmür...

                                                             ****

Qoca Xan bayaq da dediyim ki, laçınsızlar  üçün laçınsızlığın ən yaxşı donoru idi…. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü…

Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi… O, ruhundakı Laçını misqal-misqal hər kəsə ötürüb, özünü laçınsızlıqla tükətdi, sonunu hazırladı… Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Xan babaya yalnız doğma Laçının özü lazım idi…


P.S. Laçın isə o gün ölmüş Xanın açıq qalmış gözlərindəki sual işarəsinə bənzəyirdi...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54