Modern.az

“Bu yaramazın hələ də özünü “prezident” kimi aparması...”

“Bu yaramazın hələ də özünü “prezident” kimi aparması...”

2 Dekabr 2020, 16:09

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında Qarabağda müharibənin dayandırılması barədə imzalanan üçtərəfli saziş qondarma rejim tərəfindən pozulur. 

Həmin sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Bu halda avtomatik olaraq Dağlıq Qarabağ da Azərbaycanın ərazisi hesab edilir. Sazişdə Dağlıq Qarabağa hər hansı status verilməsi də nəzərdə tutulmayıb. O zaman Dağlıq Qarabağdaki separatçı rejimin "rəhbəri" Araik Arutyunyanın fəaliyyəti haqlı suallar doğurur. Əgər Dağlıq Qarabağ Azərbaycanın ərazisidirsə, qondarma rejim dövlət kimi tanınmırsa və üçtərəfli bəyanatda tanınacağı barədə hər hansı bir qeyd yoxdursa, Araik Arutyunyanın özünü hansısa dövlətin rəhbəri kimi aparması nədən qaynaqlanır?

Məlumat üçün deyək ki, Araik Arutyunyan hələ də sərəncamlar verir, təyinatlar həyata keçirir, qəbullar təşkil edir və s.

Modern.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputyat Çingiz Qənizadə Yenisabah.az-a bildirib ki, üçtərəfli sazişdən kənar hansısa müvəqqəti razılaşmalar ola bilər.

“Ola bilər ki, biz detallar barədə məlumatlı deyilik. Bildiyimiz yalnız odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib. Qarabağda status-kvo ölkəmizin xeyrinə dəyişib. Eyni zamanda üçtərəfli sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır, Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət getmir. Hətta Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiyanın prezidenti Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu halda bu yaramazın hələ də orada fəaliyyət göstərməsi, sülhməramlı qüvvələrin komandanı ilə görüşdə başının üstündə qondarma “DQR”in bayrağının olması narahatlıq doğurur. Axı bu kimdir ki, özünü dövlət rəhbəri kimi aparır?

Başqa bir narahatlıq isə Ermənistan silahlı qüvvələrinin hələ də Qarabğda olmasıdır. Üçtərəfli sazişdə qoşunların hazırkı vəziyyətdə dayanması qeyd olunurdu. Söhbət burada separatçı rejimin silahlılarından gedirdi. Amma indi bəlli olur ki, Ermənistan silahlı qüvvələri də Qarabağdadır. Ermənistanda Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyalarda hərbçilərin valideynləri tələb edir ki, övladları Qarabağdan Ermənistana gətirilsin. Bu fakt da Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda olduğunu göstərir. Onların orada nə işi var, nəyə nəzarət edirlər, bəlli deyil”, - deyə Çingiz Qənizadə

Keçmiş deputat hesab edir ki, üçtərəfli sazişin bütün tələbləri yerinə yetirildikdən sonra bu məsələlərin həllinə start veriləcək.

“Artıq Laçın da Azərbaycana təhvil verildi. Qazaxın 7 kəndi də geri alınandan sonra Ali Baş Komandanın bu problemlərin də həllinə başlayacağını və yaxın günlərdə bunun nəticəsini görəcəyimizi düşünürəm”, - deyə o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir