Modern.az

Cavanşir Quliyevin “Əsgərə məktub”u

Cavanşir Quliyevin “Əsgərə məktub”u

Mədəni̇yyət

4 Dekabr 2020, 09:16

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

 

Bu dəfə tanınmış bəstəkar, məşhur "Əsgər marşı"nın müəllifi Cavanşir Quliyev  “Əsgərə məktub” yazıb:

 

“ƏSGƏRİM! Vətəni qorumaq həmişə millətin ən sağlam, ləyaqətli, vicdanlı, xalqını və ölkəsini canından artıq sevən oğulların qismətinə düşüb. Amansız savaşda kədərlənən, ağlayan, ölən yox – sevinən, gülən, öldürən görmək istəyirəm səni! İşğal altında qalan torpaqları düşməndən azad etmək, oralarda yaşamış insanları yurduna geri dönən görmək, solmuş üzlərdə təbəssüm görmək, sevinc görmək, boynu bükük çiçəkləri yenidən dirçəlmiş görmək, müqəddəs torpağı öpmək dünyanın ən müqəddəs işdir, bu xoşbəxtlik hər kəsə nəsib olmur. Mətin ol, cəsur ol, dözümlü ol, millət səndən qələbə gözləyir. Arxada qalan ailən, əzizlərin barədə narahat olma – xalqımız və dövlətimiz onları darda qoymaz! Sağ-salamat və qələbəylə dön geri, ƏSGƏRİM!”

 

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u

Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?