Modern.az

Yaqut Abdullayevanın “Əsgərə məktub”u

Yaqut Abdullayevanın “Əsgərə məktub”u

5 Dekabr 2020, 13:00

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.


Bu dəfə, tanınmış müğənni Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yaqut Abdullayeva “Əsgərə məktub” yazıb:


“Şərəfli Azərbaycan əsgəri, salam. Torpağı canı bahasına qoruyan Azərbaycan oğulları, eşq olsun sizə. Uzun illərdir əsarətdə qalan torpaqlarımızı düşməndən azad etmək üçün özünüzü fəda etdiniz. Bu şərəfli mücadilədə qanınız torpağa qarışdı, Vətən oldu. İllərdi gözü yaşlı qalan anaların həsrətinə son qoydunuz.


İndi siz başıdik, məğrur dayanmısınız. Sizin sayənizdə bu gün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Mənim doğulub boya-başa çatdığım Cəbrayıl torpaqları, eləcə də Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın sizin qəhrəmanlığınıza şahid oldu. Biz sizinlə güclüyük.


Ey əsgər, sən bu gün təkcə özünün yox, bütün Azərbaycanın məğrurluğunu təmsil edirsən. Bu müqəddəs yolda canını qurban verib, şəhidlik zirvəsinə ucaldın. Əsrlər boyu sənin mərdliyindən danışılacaq, qəhrəmanlığın dillərə dastan olacaq.


Şəhid olan qəhrəman balam, Allah sənə rəhmət etsin. Gözün arxada qalmasın, qardaşların qanını yerdə qoymadı.


Əsgər Anası, dik dayan. Azərbaycan, oğlanlarınla fəxr elə!


Cənab Ali Baş Komandan, Azərbaycanın qəhrəman əsgəri, sizə təşəkkür edir, qarşınızda baş əyirəm. Allah sizi qorusun!”.


Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u

Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər