Modern.az

Türkiyədə azərbaycanlı jurnalist saxlanıldı

Türkiyədə azərbaycanlı jurnalist saxlanıldı

6 Dekabr 2020, 00:00

Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşlarının saxlanması zamanı onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.

 

Modern.az xəbər verir ki, bu barədə NTV telekanalında məlumat verilib.

 

Qeyd olunur ki, Aytac Carçıyevanın taleyi ilə bağlı da xəbər yoxdur. Saxlanmasından sonra onun evində axtarış aparılıb və kompüteri götürülüb.

 

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər (oxu.az). 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir