Modern.az

Zəngəzurda 750 metr geri çəkilməyə məcbur olan ermənilər - Zahid Oruc YAZIR

Zəngəzurda 750 metr geri çəkilməyə məcbur olan ermənilər - Zahid Oruc YAZIR

Parlament

6 Dekabr 2020, 10:24

İlk dəfə Kəlbəcər azad ediləndən sonra iki dövlətin orduları silahla deyil, SSRİ dövrünün xəritəsi və GPRS texnologiyası əsasında sərhədlərin müəyyənləşdirilməsi təcrübəsinə əl atıblar. Unikal hadisədir, çünki dünənədək səngərdə ağır silahlı savaşda üz-üzə olan tərəflər - məhz ordu qüvvələri delimitasiya xəttini təyin etməyə cəlb olunub.

 

Halbuki, dünyada dövlətlər arası münasibətlər təcrübəsində geodeziya-kartoqrafiya sahəsində peşəkar mütəxəssislər olmadan problemi çözmək mümkün deyil. Çünki ölkə içində bəzən iki qonşunun ərazi mübahisəsini həll edərkən peyk rabitəsinin ölçüləri ədalətli bölgünü təmin edə bilmir.  Söhbət 100 kilometrlərlə çətin relyef şəraitini əhatə edən, landşaftı keçilməz sıldırım qayalardan, meşə və yarğanlardan (Tovuz, Kəlbəcər, Laçın, Naxçıvan) ibarət olan coğrafiyalarda demarkasiyaları təyin etmək bəzən aylarla vaxt aparır.

 

Ermənistan-Azərbaycan məsələsində məhz birincinin cinayətkar işğalçılıq siyasətinəti cəsində, Sovetlər Birliyi dağılandan bu yana hər hansı diplomatik tanıma, ona uyğun münasibətlərin hüquqi müstəvisi formalaşmadığı hamıya bəllidir.

 

Azərbaycanın Laçın rayonunun işğaldan azad olunandan sonra meydana çıxan durum düşməni dərindən düşünməyə vadar etdi-onlar bazis nöqtəsi, hesablama sistemi və beynəlxalq hüquqa uyğun hansı meyarı irəli sürsünlər, Azərbaycanla sərhəddi necə müəyyənləşdirsinlər?

 

Diqqət edin, erməni Baş nazir Söyüdlü (Zod) yatağının aqibətindən danışanda mənsub olduğu xalqın daim lənətlədiyi Stalin dövrünün xəritəsi ilə hərəkət etdiklərini deyir, digər bir rəsmi-Qafan rayonunun meri Gevorq Parsyan Tert.am saytına müsahibəsində Sovetlər dövründə mövcud olan demarkasiya xəttinə əsaslanaraq problemi həll etdiklərini söyləyir, ardınca da ona ictimai təzyiqlərin çoxladığını görüb məsuliyyəti diplomatlar və ordunun üstünə atır.

 

Rəsmilər Qafan ərazisində illər öncə inşa edilən hava limanının Azərbaycanla cəmi 2 kmlik məsafədə yerləşməsinin yaratdığı təhlükənin necə çözüləcəyindən özlərini kənarda saxlayır. Bir müddət əvvəl Sünikin-Zəngəzurun rəhbəri oxşar diplomatik neytrallıq nümayiş etdirmişdi və 5 dekabr tarixində İrəvanda Azadlıq meydanına etiraza çıxanların içərisində həmin bölgənin sakinləri də üstünlük təşkil edirdilər.

 

Lakin əgər erməni tərəfi məhz bolşeviklərin bir vaxtlar çox böyük qanlı müharibələr və vətəndaş toqquşmaları vasitəsilə müəyyən etdiyi ərazi bölgüsünün konturlarına istinad etməyə başlayırsa, bu Azərbaycan dövlətinə Qarabağ məsələsində Ermənistana son ultimatumu verməyə imkan yaradır. Yəni, sərhədi müyyən edərkən söykəndiyiniz prinsip keçərlidirsə, onda həmin qaydanın işlək olduğunu bütün münaqişəli məsələlərə aid etməyə məhkumsunuz.

 

Kimsəbeləyanaşmayaetirazedirsə, avtomatiközxalqınıfəlakətiniçinəatır.AxıKoçaryanın “siziqorxutmaqistəmirik, ammasərhədlərimiziqoruyacaqqüvvəçatışmır” deməsivəziyyətinnecəacınacaqlıolduğundanxəbərverir.DünənZəngəzurunAravuskəndininyaşlıadamlarınaəskərlərimizinverdiyi “750 metrgeriçəkilməlisiz” ultimatumacavabolaraq, silahlanmalarıvəkustarqaydadaözünümüdafiəyəqalxmaları da sabiqprezidentinməlumatınındoğruluğunusübutedir.Kadrlardangöründüyükimi, “döyüşəatılançobanlar” nizamihərbidəstələrolmadığıüçünheçolmasaonlarınoğlanlarınıncəbhədəngerigöndərməyitələbedir, dayandıqlarıərazilərin “satıldığı”nagörədövlətixəyanətdəsuçlayırvəənsonda polis qüvvələrininköməyinəbelbağlayır. (//www.youtube.com/watch?v=H5N8HYdBU6Y )

 

Bəli, Azərbaycanəskərihərqarışcığır, yol, dərəvədağuğrundamücadiləverir, dəmiriradənümayişetdirir, düşmənəyenilməzgüc göstərir.”2-ci Tiqranınvarislərininisə on illərintəbliğatürünü- “ordu-millət “ideologemasıiflasauğrayıb.

Əkshalda, indihamıqəbuletməlidir- MüzəffərOrdumuzeləbirhərbireallıqyaradıbki, əskərimizharadadurarsa, sərhəddəoradançəkiləcəkdir.Bəli, BismarkınbirləşdirdiyiböyükAlmaniyatorpaqlarınınuzandığıAvropaqitəsində, üstündən 200 ilsonrabirQafqazvəislamölkəsidəöztamlığınaqovuşmaqdadır. BirəsrəvvəlQızılOrdununsüngüsüiləçəkilənsiyasihaşiyələr, millimüqəddaratlardəyişikliyəuğrayır, AzərbaycanınşanlıSilahlıDiplomatiyasıbirqaydaolaraq, imperiyalarınqurulmasıvədağılmasızamanıədalətsizlikləmüşaiyətolunantablodakıxətalarıaradanqaldırır.Heyrətamizpresedentdir.TarixitəcrübəQarabağətrafındakıhərbi-siyasixronikanındahaböyüktektonik-qlobaldəyişikliyinanonsuolaraqqəbullanmağıbizdəntələbedir.

İnanırıq ki, igid əsgərlərimizin müəyyən etdiyi yeni xəritələr Azərbaycanın Qafqazlarda yaratdığı fərqli təhlükəsizlik arxitekturasının başlanğıcı olacaqdır.1920-ci ildən fərqli olaraq, ölkəmizin üç ordusu var-dövlət, xalq və 200 minlik Silahlı Yenilməz Güc!

 

Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır