Modern.az

“Növbəti aylarda pandemiya ilə mübarizə çətinləşəcək” – Bill Qeyts

“Növbəti aylarda pandemiya ilə mübarizə çətinləşəcək” – Bill Qeyts

Dünya

6 Dekabr 2020, 14:36

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib.

 

O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Bill Qeyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə ayırıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi