Modern.az

Xudavəng kilsə kimi fəaliyyət göstərə bilməz - TARİXÇİDƏN TARİXİ TƏKLİF

Xudavəng kilsə kimi fəaliyyət göstərə bilməz - TARİXÇİDƏN TARİXİ TƏKLİF

7 Dekabr 2020, 11:58

Bir neçə gün bundan qabaq Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında oldular.

 

Din xadimləri monastrda dini ayinlər icra ediblər. Həmçinin Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

 

AMEA-nın Tarix institutunun alban abidələri ilə bağlı araşdırma aparan əməkdaşı Ramin Əlizadə mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Ramin müəllim, bildiyiniz kimi artıq Xudavəng monastrına vaiz təyin olunub. Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdə olarkən ermənilərlə aralarında qalmaqal yaşanıb. Bundan sonra məsələlər necə həll olunacaq. Hər hansı problem mövzu ola bilərmi?

 

- Problem həmişə olacaq. Çünki ermənilər digər abidələr kimi, Xudavəngin də onlara aid olduğunu iddia edirlər. Təbii bu, boş bir iddiadır. Onlar Azərbaycan türklərinə aid orada hər hansı abidənin olduğunu qəbul etmirlər. Ermənilər hər şeyi özününküləsdirməyə adət ediblər. Greder adında məşhur alman tədqiqatçısı var. Şimal muharibəsinin iştirakçısi olub. Pyotrun Xəzərətrafı yürüşlərində iştirak edib. Bu bölgələrin xəritəsini hazırlayıb. Həmin xəritədə Qarabağın adını qeyd edib. Xəzər dənizinin adı çəkilir. Xəritə almancadir. Heç bir yerdə erməni adından söhbət getmir. Bir neçə orijinal xəritələrdə gerçəkləri görmək olar. Xudavəng monastrı 1214-cu ildə Alban xaçın arvadı Arzu Xatun tərəfindən tikilib. Xatun Arzu qıpçaq qızıdır. Onun erməniyə nə aidiyyatı var?!

Qıpçaqlar xristian kimi qalıblar. Onlar Macarıstana, Rumıniyaya qədər gedib çıxıblar. Orada kilsə var. O kilsənin tarixindən də görünür ki, daha qədim dövrlərə aiddir. O ərazilərdə nə qədər kilsə varsa, hamısı albanlara aiddir. Bu torpaqlarda erməninin adı izi yoxdur.

 

- Monastra nəzarət baxımından ermənilərdə qalacaq?

 

- Monastrdaki kilsələrin ziyarət kimi açılmasının tərəfdarı deyiləm. Çünki bu köhnə tarixi abidədir. Bu abidə hər an uça bilər. Sadəcə Azərbaycanin tarixi abidəsi kimi bərpa olunmasi daha yaxşıdır. Kilsə kimi udinlərə verilsin, şam yandırılsın bu doğru deyil. Şirvanşahlar sarayinda bir adam tapaq gətirək ki, bu şahın sarayinda olub?! Bu tarixi abidədir. Qorunmalıdır. Onun kilsə kimi fəaliyyət göstərməsi ancaq ermənilərə sərf edə bilər.

 

- Monastra vaiz təyin olunan şəxs harda yaşamalıdır?

 

- Əlbəttə Kəlbəcərdə yaşamalıdır. Monastrin fəaliyyəti bərpa olunubsa, orada yaşayış da mümkündür. Bu kilsə  abidəsi bizimdir. Çünki tariximizdə xristianlıq var. Hər şeyi udinə vermək doğru deyil. Biz 7-ci əsrdən sonra xristianlığı qəbul etmişik.7-ci əsrdə erməni nə gəzirdi?!

 

- Bəzi iddialar var ki, monastra nəzarət edən ermənilər Kəlbəcərdə oturacaq. Bu nə dərəcədə doğrudur?

 

- Bu, doğru deyil. 1993-cu ilə qədər Azərbaycan Tarix İnstitutunun Xudavənglə baglı tədqiqatları var. Bu abidə bizim ərazimizdə olub, erməni ərazisində olmayıb. 1993-cu ildə ermənilər Kəlbəcəri işğal edəndən sonra oranı özününküləsdiriblər. İndi abidəni kilsə kimi bərpa etsək, yenidən erməni ənənələrini udinlərin əli ilə davam etdirmiş olacağıq. Bu düzgün anlaşılmır. Bir daha qeyd edirəm, Xudanəng kilsə kimi fəaliyyət göstərməli deyil, tarixi abidə kimi qorunmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir