Modern.az

Əsgərimizin bu görüntüsü böyük izləyici marağına səbəb oldu - FOTO

Əsgərimizin bu görüntüsü böyük izləyici marağına səbəb oldu - FOTO

Hadisə

8 Dekabr 2020, 09:53

Sosial şəbəkələrdə Qarabağda zəfər qazanmış əsgərlərimzlə bağlı müxtəlif görüntülər yayılmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə çəkilən həmin foto və videogörüntülər əksər  hallarda böyük izləyici marağına səbəb olur.

Modern.az-ın məlumatına görə, növbəti belə foto bir hərbçimizin naxoşlayan əsgər yoldaşının kürəyinə banka qoymağını nümayiş etdirib. Zarafatla “Burda arbidol yoxdu” şərhi ilə paylaşılan foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

Məlumdur ki, Azərbaycanda türkəçarə üsulu sayılan banka qoymaq qədim dövrlərdən bu günümüzədək gələn adətlərdəndir. Tibbi bankalardan adətən soyuqdəymə zamanı istifadə olunur. Və bu üsul əksər hallarda soyuqdəymənin aradan qalxmasında yaxşı təsir göstərir...

Əsgərlərimizin qədim türkəçarə üsulu olan “bankalamaq”dan istifadə etməsi sosial şəbəkələrdə izləyicilərin çoxsaylı şərhlərilə müşayiət olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir