Modern.az

Bakı Metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİ

Bakı Metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİ

İqtisadiyyat

8 Dekabr 2020, 11:51

Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 noyabr” adlanacaq. 

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib. 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı