Modern.az

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilir

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilir

8 Dekabr 2020, 12:15

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması təklif edilir.

Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır.

Qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) qəbul edilmiş və 2016-cı il martın 4-dən qüvvəyə minib. Qanunun 3-cü maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanıb.

Qanunda müvafiq dəyişikliklər edilməklə qeyd edilən müddət 19.02.2019-cu il tarixdə 1 (bir) il, 13.03.2020-ci il tarixdə isə 9 (doqquz) ay uzadılmışdır. Əmanətlərin tam sığortalanması sxeminin müddəti cari ilin dekabrın 4-də başa çatır.

Qanunun qüvvədə olma müddətinin 2020-ci il dekabrın 4-də başa çatması ilə əlaqədar həmin müddətin 2021-ci il 5 aprel tarixinədək (keçid müddəti) uzadılması təklif olunur.

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarı ilə 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi