Modern.az

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

İqtisadiyyat

9 Dekabr 2020, 00:45

Rusiya 10 dekabrdan etibarən Azərbaycandan alma və pomidor idxalını müvəqqəti qadağan edəcək.

 

Modern.az "İzvestiya"ya istnadla xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un (Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidmət) 8 dekabrda yayımlanan açıqlamasında deyilir.

 

Federal Xidmətdən bildirilib ki, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər üçün karantin mallarının Rusiya Federasiyası ərazisinə tədarükü hallarının sistematik şəkildə müəyyənləşdirilməsi barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

 

"Rosselxoznadzor" qeyd edib ki, təkcə 22 oktyabrda mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi Birliyi üçün karantin hesab edilən cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər. 

"Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün "Rosselxoznadzor" 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qaldı", - deyə federal xidmət yazır.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir