Modern.az

Suriya qaçqınlarına sərhədi keçməyə icazə veriləcək

Suriya qaçqınlarına sərhədi keçməyə icazə veriləcək

25 İyul 2012, 14:22

Modern.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, Suriya qaçqınlarına Türkiyə sərhədinə keçmək icazə verildiyi halda, Türkiyə vətəndaşlarına Suriya sərhədinə keçməyə icazə verilməyəcək.

  Məhdudiyyətlər iqtisadi sanksiyalara görə, yük maşınlarının sərhədi keçməsinə qadağanı nəzərdə tutur.   Qeyd edək ki, hazırda Türkiyə ərazisində 32 minə yaxın suriyalı qaçqın məskunlaşıb.  

Xatırladaq ki, Türkiyənin Ticarət və gömrük işləri üzrə direktoru Həyati Yazıçı Türkiyə-Suriya sərhədində olan bütün nəzarət buraxılış məntəqələrini bağlayacağını bildirib.  

Aygün Asifqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?