Modern.az

Şuşada \"Şalaxo\" oynayan əsgərlərimiz - \"Fəryad\"a CAVAB

Şuşada \

9 Dekabr 2020, 16:39

Azərbaycan əsgəri qanı bahasına azad etdiyi Şuşada “Şalaxo” rəqsini oynayır. Bu kadrlar “Fəryad” filmindəki o məşhur səhnəyə cavabdır. Hansı ki biz hər dəfə o səhnəni izlədikcə qisas hissimiz baş qaldırırdı. 

 

Azərbaycanın rəşadətli ordusu Qarabağımızı, həmçinin qədim şəhərimiz olan Şuşanı azad edərək qisasımızı aldı və bu görüntülərdə əsgərlərimizin “Şalaxo” sədaları altında rəqsi həmin qisasa qoyulan son nöqtədir. 

 

Vətən yanğısının hələ közləri sönməmiş bir vaxtda - Şuşanın düşmən tapdağına düşdüyü ildə çəkilmişdi bu film. Həmin səhnələri canlandırmaq azərbaycanlı aktyorlar üçün də çox çətin olub. “Fəryad” filmində bir sıra diqqət çəkən məqamlar var. Məhz bu məqamlar filmi daha dolğun edib.

 

Modern.az “Fəryad” filmi ilə bağlı videonu təqdim edir.

 

Nəzrin Məlikova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir