Modern.az

KİVDF jurnalistlər üçün müsabiqə elan etdi

KİVDF jurnalistlər üçün müsabiqə elan etdi

9 Dekabr 2020, 17:06

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

KİVDF-dən Modern.az-a bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi 14 mövzu üzrə elan edilir. Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən bütün jurnalistlər iştirak edə bilərlər.

Elanda göstərilən mövzuların hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Müsabiqədə hər mövzu üzrə birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat məbləğində birdəfəlik pul mükafatı müəyyənləşdirilib. Elanda göstərilən mövzular üzrə mükafatının məbləği 300 manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tutula bilər.

Sənəd qəbulu 2020-ci il 9 dekabr tarixindən başlanır və 2020-ci il 16 dekabr tarixində saat 12:00-da bitir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir