Modern.az

Prezidenti London olimpiadasına buraxmadılar

Prezidenti London olimpiadasına buraxmadılar

25 İyul 2012, 18:30

Modern.az  xəbər verir ki, Belorus prezidenti Aleksandr Lukaşenkonu London Yay Olimpiadasında akkreditasiya etməkdən imtina ediblər.

Böyük Britaniya Belorus prezidenti Aleksandr Lukaşenkonun ölkəyə daxil olma qadağası Olimpiya oyunları keçirilən müddətdə də qüvvədə qalacaq. Bu haqda Böyük Britaniyanın Minskdəki səfiri də xəbər verib.

Böyük Britaniya səfirliyinin mətbuat katibinin sözlərinə görə, Aleksandr Lukaşenko Avropa Birliyi ölkələrinə girişi qadağan olunan şəxslər sırasına daxildir.Bu qadağa Olimpiya oyunları ərzində də tətbiq olunacaq. Bu barədə heç bir dəyişiklik etmək nəzərdə tutulmur.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov da “Twitter” sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb.
Lukaşenkonun olimpiadaya buraxılmaması haqında Olimpiya Oyunları Təşkilat Komitəsi qərar qəbul edib. Aleksandr Jukov bununla razılaşmadığını qeyd edib:

“Bəs olimpiya dəyələri və ənənələri necə oldu? Axı hər bir məktəbli də bilir ki, olimpiya oyunları zamanı qədim Yunanıstanda sülh müqavilələri imzalanıb, döyüşlər dayandırılıb”.

Aygün Asifqızı
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir