Arxiv
10 Dekabr 2020, 17:25 | ƏDƏBİYYAT
Tarixi bir görüşün tarixcəsi

Azərbycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi daim geniş oxucu kütləsi tərəfindən yüksək dəyərləndirilir. Böyük bir nəsl məhz C.Cabbarlı əsərləri ilə tərbiyə olunub.


Sovet dönəmində quruluşu vəsf etməyə dair əsərlər yazmağa təhrik edilsə də, basqılara, mənəvi işgəncələrə, hətta həbslərə məruz qalsa da zahirən quruluşu etiva edən bəzi əsərlərində sətiraltı mənalarla öz vətəndaş-yazıçı mövqeyini qorumağa müvəffəq olmuşdur. Qələminin qüdrəti ilə ölməz sənət əsərləri yaratmağa müvəffəq olmuşdur.


C.Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə çoşqun ictimai və ədəbi fəaliyyət göstərərək, həmin dövr Azərbaycan ədəbiyyatının ən parlaq, dəyərli simalarından olmuşdur. Əsərlərini nəzərdən keçirdikcə bu fikirlərin gerçəkliyinə  bir daha əmin olmaq mümkündür.


Bakının erməni-daşnak və bolşevik işğalından azad olunması münasibətilə qələmə aldığı “Bakı müharibəsi” əsərində Nuri Paşanın rəhbərliyi ilə Azərbaycan xalqının köməyinə gəlmiş Qafqaz İslam Ordusunun zəfərini vəsf etmişdir.


Daha sonra ədib Türkiyənin yaxın tarixinə, qardaş türk və Yaxın Şərq xalqlarının milli azadlıq mübarizəsinə həsr etdiyi “Ədirnə fəthi”, “Trablis müharibəsi” yaxud “Ulduz” trilogiyalarını yaratmışdır.


1917-ci ildə ədibin qələmə aldığı “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına heyranlığı özünü baris şəkildə göstərir.


Həmin tamaşaya səhnədə seyr edən Nuri Paşa bu əsərin müəllifi olan gənc yazıçı, dramaturq C.Cabbarlı ilə görüşmək qərarına gəlir.


Nuri Paşanın Cəfər Cabbarlı ilə baş vermiş tarixi görüşünü, bədii obrazlı dildə, ifadəli və jurnalist təxəyyülü ilə hörmətli oxuyucularıma təqdim edirəm.

             


(Hadisə Nuri Paşanın qatıldığı, Cəfər Cabbarlının da iştirak etdiyi rəsmi tədbirdə vaqe olur.)

 

Nuri Paşa – Əfəndim, Cəfər bəy, mərhaba, nasılsınız?


Cəfər Cabbarlı –
Təşəkkür ediyorum, böyük komutan, iyiyim. Paşam, Sizi burada görməkdən, Sizinlə canlı ünsiyyətdə olmaqdan xeyli məmnunam. Sizin kimi qəhrəman sərkərdə, tarixi şəxsiyyətlə görüşmək, məni xeyli mütəəssir, həm də bəxtiyar etdi.


Nuri Paşa -
Əfəndim Cəfər bəy, mən də sizinlə tanışlıqdan xeyli məmnunam. Böyük Türk dünyasının gənc, amma çox qüdrətli sənətkarını, dərin zəka sahibini canlı olaraq görmək mənim üçün şərəfdir. Siz həqiqətən qiymətli əsərlərinizlə Türk dünyasına həm şərəf gətirir, həm də dünya mədəniyyətinə, sivilizasiyanına böyük, dəyərli töhfələr verən bir xalq kimi vəsf edirsiniz. Bu çox önəmlidir.


Cəfər Cabbarlı –
Əstəğfrullah paşam. Təşəkkür edirəm, belə yüksək dəyərə görə. Bir türk oğlu olaraq, bu mənim borcumdur.Bununla qürur duyuram.


Nuri Paşa –
Sizin əsərləriniz haqqında məlumatlıyam. Əcəba gənc olasan, belə əsərlər yazasan və ədəbiyyata yenillik gətirəsən. Bayrağa olan sevginiz isə, Allah Allah nə kadar harikadır. Bildiyimə görə Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli, ay ulduzlu bayrağına 2 şer həsr etmisiniz,özü də çox mükəmməl:

 

Qollarilə türk ellərin bütün qocmaq istiyor,

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

 

və ya digər şerinizdə

 

Fəqət bizim bayrağımız ucaları pək seviyor, 
Yulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

 

Bayrağa həsr olunmuş belə dəyərli, dolğun şeirə rast gəlməmişdim. Bəli, əslində bayraq bizim mənəvi kimliyimiz, qeyrət simvolumuzdur.Bu yalnız alqışlanmalıdır.        

          “Ana” şeirinizi də xüsusi vurğulamaq istəyirəm. Bənzərsiz bir şeir nümunəsidir. Ana ilə vətənin vəhdətini, onlara məhəbbətinizi böyük ustalıqla qələmə almısınız. Nasıl söylüyorsunuz? Aha...

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən, 
Fəqət nə güclü, zəif bir vücud var, yahu, 
Ki, hazıram yıxılıb xaki-payinə hər gün, 
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? 

Ana! Ana!.. O adın qarşısında bir qul tək 
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam, 
Yenə xəyal edərəm bəzmi-istirahətdir. 

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz

Uçar səmalara o, aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz

-Ana...ana...Sənə mən rahibəm itaətdə!...

 

Çox təsiredici bir incidir. Məncə, bu analara həsr olunmuş şerlərin tacı sayılmalıdır.Həpimiz analar qarşısında baş əyirik.

 

Cəfər Cabbarlı – Paşam, Sizin dilinizdən belə dəyərli, xoş sözləri eşitməkdən fəxarət duydum.

Nuri Paşa – “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi” pyesləriniz isə ortaq türk dünyasının sənət incilərindən sayılmalıdır. Bu əsərləri yazarkən kaç yaşında idiniz?

Cəfər Cabbarlı – Paşam, 18 yaşında.

Nuri Paşa – İlahi, bu gənc yaşında bu qədər məlumatlı olub, böylə bir ölməz sənət inciləri yaratmısınız. Sanki, özünüz bu hadisələrdə, bu savaşlarda şəxsən iştirak etmisiniz, hadisələrin canlı şahidi olmusunuz, sonra da qələmə almısınız. Mən “Ədirnə fəthi” pyesini böyük maraq və sevgi ilə seyr etdim. Çox mükəmməl bir əsərdir. Xüsusilə, Abas Mirzə Əfəndinin Paşa qiyafəsində söylədiyi monoloq məni çox təsirləndirdi. Təşəkkür edirəm Mən Sizdə əsl türk övladının parlaq simasını görürəm. Siz həqiqətən Türk sevdalısı, Turan aşiqisiniz. Şerlərinizdəki Turançılıq ideyaları, məhəbbəti məni çox sevindirir. Ilahi, nə gözəl deyim:

 

Allah əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

 

 Nə qədər uca bir arzu! Damarlarında türk qanı axan hər bir kişinin qəlbinin səsini necə də poetik duyğularla, hisslərlə vəsf etmisiniz. Əfəndim Cəfər bəy. Siz başdan-ayağa Türkçülüyün müqəddəs yolçususunuz, Turan sevdalısısınız. Əsl türksünüz.

Cəfər Cabbarlı – Paşam, böyük dəyər verirsiniz. Bəli, mən türkəm, damarlarımda türk qanı axır. Türk olmaq mənim üçün şərəfdir. Türkün şanlı qəhrəmanlıq tarixini yazmaq isə hər bir türk oğlunun ilahi borcudur. Xoşbəxtəm ki, bu müqəddəs borcdan azacıq da olsa mənə də pay düşüb. Hər yazıçıya belə bir xoşbəxtlik nəsib olmur.Mən həqiqətən, xoşbəxtəm.

Nuri Paşa – Müdrikcəsinə deyilmiş belə bir ifadə var: “Dünyada iki qeyri-müəyyənlik vardır. Biri qütblərdir, digəri isə türklər.” Əvət, Türklər qəhrəmandırlar, dostlarına zərər verməzlər, onlara hər zaman sadiqdirlər, sayqı gostərərlər. Bir əldən möhkəm yapışdıqları zaman onu buraxmazlar. Belə bir millətlə dost olduqdan sonra bütün dünyanı ram etmək olar. Çünki, Türk demək, bariş demək, dostluq-qardaşlıq, rifah demək.

Cəfər Cabbarlı – Elədir, Paşam! Sizin komutanlığınız ilə Qafqaz İslam ordusu Bakını erməni işğalçılarından azad etdi. Biz qurtulduq. Şanlı türk əsgəri öz adını bu qəhrəmanlıq tarixinə şərəflə yazdı. Daşnaklara, bolşeviklərə tarixi bir dərs verdi. Bu zəfər savaşında Türk əsgərləri sücaət, qəhrəmanlıq, rəşadət nümayiş etdirdilər. Türk əsgəri xilaskar, qalib olduğunu bir daha dünyaya göstərdi.

Nuri Paşa – Yəqin ki, bu hadisələri siz qələmə alacaqsınız? Əfəndim, elədirmi?

Cəfər Cabbarlı –Əvət, Paşam. Başqa cür düşünmək günah olardı. Artıq bu barədə müəyyən işlər görürəm. Sizə söz verirəm, bu haqda əsər tezliklə işıq üzü görəcək. Mənim bir amalım var, o da bütün Turan ellərini, o cümlədən Azərbaycanı azad və mutlu görməkdir:

 

Intizar gözlərdən Xəzər doğuldu,

Həsrət ürəyimiz yanar dağ oldu.

Dillərimiz Turan deyə yoruldu

Turan ellərinə salam söyləyin.

 

Yıldızlı bir göy tac üstə ay parə,

Bir al yaylıq verim yetirin yarə.

Durnalar, durnalar, bizdən dübarə

Turan ellərinə salam söyləyin.

 

Nuri Paşa – İnşallah, hər şeyin xeyirlisi. Allah bu işdə yardımcınız olsun.

Cəfər Cabbarlı – Paşam, əgər müsaid olursa, mən Sizi öz evimə dəvət etmək, müsafir olmağınızı arzu edirəm.

Nuri Paşa – Əvət, söz, mütləqa gələcəyəm.

Cəfər Cabbarlı –Sizinlə bu günki görüşümüz çox xoş oldu.Sizdən müsaidə.

Nuri Paşa – Buyurun,əfəndim, müsaidə Sizdə.

Cəfər Cabbarlı – Xudahafiz!   Nuri Paşa – Xudahafiz!

 

                              (C.Cabbarlı Nuri Paşanı yola salır. Vidalaşırlar)

 

Nuru Paşa Cəfər Cabbarlının evində.

 

(Ertəsi gün Nuri Paşa Cəfər Cabbarlının evinə gəlir və görkəmli ədiblə görüşür)

 

Cəfər Cabbarlı – Paşam, xoş gəldiniz. Bizə böyük şərəf verdiniz, bu sadə evimizə gəlişinizlə.

Nuri Paşa – Əfəndim Cəfər bəy, türk dünyasının gələcək böyük yazarının evində olmaqdan xeyli məmnunam. Sizə gələrkən sokakları seyr edirdim. Sizin eviniz şəhərin ən yüksək nahiyəsində yerləşir. Çox əski bir məhəllədə yaşayırsınız, deyilmi?

 Cəfər Cabbarlı – Əvət, doğru buyurursunuz. Bura məşhur Dağlı məhəlləsidir. Bu məhəllənin sakinləri sizə dərin hörmət bəsləyirlər. Bu sakinlər savaşaraq erməni yaraqlılarını məhəlləyə daxil olmağa imkan verməmişlər. Onlar da cəsurdurlar. Onlar dilimizə, dinimizə, imanımıza ləyaqətlə sahib çıxırlar. Onlarla fəxr edirəm.

Nuri Paşa – Çox gözəl, mən də qürurlandım.       

                       (Sonra Nuru Paşa evə nəzər yetirir,dərin fikrə dalır. Bu zaman)

 Cəfər Cabbarlı – Paşam, fikrə dalmısınız?

Nuru Paşa – Əvət, öylədir. Böyük bir sənətkarın belə bir darısqal, sadə mənzil şəraitinə, düzü üzüldüm. Düşündüm ki, yaradıcılığının böyüklüyü dünyaya sığmayan bu gənc yazar belə bir darısqal odada qələminin qüdrətilə necə xarüqələr  yaradıb... Əcəba, bu yaşayış məsələsində Sizə nasıl köməklik edə bilərəm? Nə deyirsiniz?

Cəfər Cabbarlı – Paşam, təşəkkür, amma zəhmət çəkməyin,rahatsız olmayın mənim üçün belə də xoşdur...

                                       (əyləşib söhbət edirlər...)

Nuri Paşa –Əfəndim Cəfər bəy, müsafirpərvəliyinizə görə Sizə təşəkkür edirəm. Çox xoş oldu sizinlə bu günki görüşümüz. Bir daha əmin oldum ki, Siz nə qədər biliyə, məlumata sahibsiniz. Inanıram ki, Siz hələ uzun illər oxucularınızı dəyərli əsərləriniz ilə sevindirəcəksiniz. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi dəyərli oğlu-yazarı var. Indi isə, mən getməliyəm. Bizə müsaidə.

Cəfər Cabbarlı – buyurun, Paşam, müsaidə Sizdə.

(C.Cabbarlı Nuru Paşanı yola salır, vidalaşırlar)

 

Ertəsi gün Nuri Paşa C. Cabbarlının evinə öz hədiyyələrini göndərir. Bunlar bir ədəd nikelli dəmir çarpayı, daş güzgü, paltar üçün ayaqlı asılqan və divar saatı, bəzi əşya və ləvazimatlardan ibarət idi. Bu qiymətli yadigarlar hazırda Cəfər Cabbarlının ev muzeyində qorunub saxlanılır.

Bir neçə vaxt keçəcək, Cəfər Cabbarlı Nuri Paşaya verdiyi sözü tutacaq və Nuri Paşanın, eləcə də, bütövlükdə, Türk əsgərlərinin şanlı qəhrəmanlığından bəhs edən 5 pərdəli “Bakı müharibəsi” adlı əsərini yazacaq. Əsər teatrda səhnəyə qoyulacaq. Lakin, çox təəssüf ki, sonralar əsər itib-batmış, bu günümüzə qədər gəlib çatmamışıdır.

 
P.S. 100 il sonra Türk qardaşlarımızın dəstəyi müzəffər, rəşadətli, şanlı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı geri qaytardı. Bu gün həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanmaqdadır. Bakının “Azadlıq” meydanında Türk qardaşlarımızın da qatıldığı “Zəfər” Paradı Azərbaycan Tarixi salnaməsinə qızıl hərflərlə həkk olundu.Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, dönməzdir.

 


Qafar Əsgərzadə

əməkdar jurnalist,

pedaqogika üzrə fəlsəfə doktoru,

dosent

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34 “Universitetlər  dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor 21 Yanvar 2021, 15:28 Eldar Quliyevin kitabı türk dilində nəşr olundu 21 Yanvar 2021, 15:22 “YAŞAT” Fondu şəhid ailələri və qaziləri tibbi müayinələrdən keçirib - FOTO 21 Yanvar 2021, 15:16