Modern.az

Qarabağda sülhməramlıların maşını ilə toqquşma - ölənlər var - FOTO

Qarabağda sülhməramlıların maşını ilə toqquşma - ölənlər var - FOTO

Qarabağ

11 Dekabr 2020, 00:10

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

 

Modern.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb.

 

Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus “Ural” markalı avtomobillə toqquşub. Nəticədə “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

 

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!