Modern.az

“Paradda Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var” - Sahibə Qafarova

“Paradda Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var” - Sahibə Qafarova

Parlament

11 Dekabr 2020, 11:27

44 günlük Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrini Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan ordusunun qüdrətini bütün dünyaya göstərdi.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

 

S.Qafarova bildirib ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb:

 

“Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir