Modern.az

Cəlilabadın icra başçısının səlahiyyətlərini kim İCRA EDİR?

Cəlilabadın icra başçısının səlahiyyətlərini kim İCRA EDİR?

12 Dekabr 2020, 16:26

Cəlilabadın İcra başçısınln səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.  Modern.az xəbər verir ki, Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd edilib. 


Saytın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, başçının səlahiyyətlərini icra edən Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Cəlilabad şəhərindəki Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.   



Xatırladaq ki, dekabr ayının 8-də  Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sabiq icra başçısı korrupsiya əməlində günahlandırılaraq, 4 ay həbs cəzasına məhkum edilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi