Modern.az

İlham Əliyev və xanımı Londona gedib

İlham Əliyev və xanımı Londona gedib

Təhsil

26 İyul 2012, 21:36

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gedib.

Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Londonun “Stansted” hava limanında dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıblar.

 Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!