Modern.az

Məşhur teleaparıcı xəbər saytı açdı

Məşhur teleaparıcı xəbər saytı açdı

Media

26 İyul 2012, 22:23

Modern.az saytının xəbərinə görə, ANS telekanalının tanınmış aparıcısı İradə İsaq yeni elektron media - internet portalı təsis edib. Bu barədə məlumatı İradə xanımın özü Facebookda-kı səhifəsində yazıb.
“Nəhayət! Allaha min şükür ki, yeni saytımızı aça bildik - AZNEWS.az”-deyə İ.İsaq bildirib.

Onun sözlərinə görə, xəbərdə sürətə, eksklüzivliyə və dəqiqliyə, yazılarda cəsarətə, peşəkarlığa və doğruya yaxın olmaq qarşıya qoyduqları əsas məqsəddir. Sayt üçün artıq komanda da yığılıb.

”O qədər planlarım var ki, Allah utandırmasın”-deyə xanım jurnalist AZNEWS.az saytının  avqustun 1-dən işə düşəcəyini qeyd edib.

ANS telekanalında çalışan İradə İsaq bu telekanalda efirə çıxan "Ölümdən 24 saat əvvəl", "Xəbərin izində" kimi verilişlərin aparıcısı olub.

Modern.az bu xəbəri yayarkən  İradə İsaqın ANS-i tərk etdiyini qeyd edib. Lakin əməkdaşımızla əlaqə saxlayan xanım jurnalistin özü saytımıza deyib ki, o, hazırda ANS-in işçisidir və telekanalı tərk etməyib.

"ANS-in rəhbərliyilə normal münasibətlərimiz var və mən telekanaldan çıxmamışam. Ola bilər müəyyən vaxtdan sonra işlərin çoxluğu səbəbindən belə bir addım atım. Amma hələki belə bir şey yoxdur".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü