Modern.az

Azərbaycanın "İnter" və "Xəzər Lənkəran" klubları AvroLiqadan kənarlaşdırıldılar

Azərbaycanın "İnter" və "Xəzər Lənkəran" klubları AvroLiqadan kənarlaşdırıldılar

27 İyul 2012, 09:37

Modern.az xəbər verir ki, ötən gecə Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.  
Təəssüf ki, Azərbaycan təmsilçiləri "İnter" və "Xəzər Lənkəran" klubları səfərdə uduzaraq AvroLiqa ilə vidalaşıblar.

Bakıda "Ateras Tripolis"lə 1:1 bərabər qalan "İnter" cütün taleyini Yunanıstanda həll etməyə çalışacaqdı. Bunun üçün komandamız minimum bir qol vurmalı idi ki, bunu da bacarıb. Lakin penaltilər seriyasında daha üstün oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə adlayıb.

"Asteras Tripolis" (Yunanıstan) - "İnter" (AZƏRBAYCAN) - 1:1 (Penaltilər seriyası - 4:2)

Digər təmsilçimiz "Xəzər Lənkəran" isə Polşada "Lex" klubunun qonağı olub. Lənkəranda baş tutan ilk görüşdə 1:1-lik bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ı səfərdə çətin oyun gözləyirdi. Lakin Lənkəran təmsilçisi səfərdə məğlub olaraq mübarizəni dayandırıb - 0:1. 

AvroLiqanın III təsnifat mərhələsində aşağıdakı komandalar oynayacaq. İlk oyunlar avqustun 2-də, cavab görüşləri isə bir həftə sonra - ayın 9-da keçiriləcək.

AIK (İsveç) - "Lex" (Polşa)

"Asteras Tripolis" (Yunanıstan) - "Maritimo" (Portulaqiya)

"Atletik" (İspaniya) - "Slaven" (Xorvatiya)

"Anji" (Rusiya) - Vitesse (Hollandiya)

"Rapid" (Rumıniya) - "Heerenveen" (Hollandiya)

"Rux" (Polşa) - "Viktoriya" (Çexiya)

"Horsens" (Danimarka) - "Elfsborq" (İsveç)

APOEL (Kpir) - "Aalesunds" (Norveç)

"İnter" (İtaliya) - "Hayduk" (Xorvatiya)

"Voyvodina" (Serbiya) - "Rapid" (Avstriya)

"Genk" (Belçika) - "Aktobe" (Qazaxıstan)

"Tromso" (Norveç) - "Metallurq" (Ukrayna)

"Tvente" (Hollandiya) - "Mlada Boleslav" (Çexiya)

"Bney Yehuda" (İsrail) - PAOK (Yunanıstan)

"Dila" (Gürcüstan) - "Anortosis" (Kipr)

Videoton" (Macarıstan) - "Gent" (Belçika)

"Eskişehirspor" (Türkiyə) - "Marsel" (Fransa)

"Srvena Zvezda" (Serbiya) - "Omoniya" (Kipr)

"Sarayevo" (Bosnia və Hersoqovina) - "Zeta" (Monteneqro)

"AdmMödlinq" (Avstriya) - "Sparta Praqa" (Çexiya)

"Kalmar" (İsveç) - "Yanq Boys" (İsveçrə)

"Dandi Yunayted" (Şotlandiya) - "Dinamo" (Moskva, Rusiya)

"Arsenal" (Ukrayna) - "Mura" (Sloveniya)

"Bursaspor" (Türkiyə) - "Makkabi" (Netanya, İsrail)

"Styaua" (Rumıniya) - "Spartak" (Slovakiya)

"Qomel" (Belarus) - "Liverpul" (İngiltərə)

"Rid" (Avstriya) - "Legiya" (Polşa)

"Saint Patrick's" (İrlandiya) - "Hannover" (Almaniya)

"Servette" (İsveçrə) - "Rusenburq" (Norveç) 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?