Modern.az

Ermənistan XİN rəhbəri həmsədrlərlə görüşdə yenə SƏRSƏMLƏDİ

Ermənistan XİN rəhbəri həmsədrlərlə görüşdə yenə SƏRSƏMLƏDİ

14 Dekabr 2020, 16:54

Ermənistan xarici işlər naziri Ara Ayvazyan regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, amerikalı həmsədr Endryu Şoffer və fransalı həmsədr Stefan Viskonti ilə yanaşı, görüşdə Rusiya səfirliyinin nümayəndəsi Aleksey Sinequbov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

 

Ermənistanın yeni XİN rəhbəri növbəti dəfə qeyri-konstruktiv açıqlamalar verib. O, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqından, Azərbaycan ordusunun Dağlıq Qarabağda azad etdiyi ərazilərdən çəkilməsini və s. barədə tələblər irəli sürüb.

 

Xatırladaq ki, Ermənistan XİN rəhbəri bundan əvvəl də Qarabağ münaqişəsi ilə bağlı sərsəm fikirlər səsləndirmişdi.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır