Modern.az

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olundu

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olundu

Təhsil

14 Dekabr 2020, 18:58

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 14-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (//video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

 

Xatırladaq ki, bu gün “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçirildiyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib, teledərslər saat 14:00-dan etibarən yayımlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi