Modern.az

Azərbaycanda “Müasir gənclər” pivəsi qadağan edildi

Azərbaycanda “Müasir gənclər” pivəsi qadağan edildi

Təhsil

27 İyul 2012, 12:39

 

Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Müasir Gənclər” MMC-də pivə istehsalı və satışı qadağan edilib.


Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Müasir Gənclər” MMC-də pasterizə olunmamış açıq rəngli pivənin istehsalına dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı pivənin standartlara və sanitariya norma və qaydalara riayət edilmədən, texnoloji təlimat və resepturalar olmadan istehsal olunduğu aşkar olunub. Hətta müəssisədə hazır məhsulun sınaqlarını aparmaq üçün laboratoriyanın olmadığı da üzə çıxıb. Baxış zamanı o da məlum olub ki, istehsal sahələri gigiyenik norma və qaydalara cavab vermir, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur, istismar olunan ölçmə vasitələri isə  müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunur. Bundan başqa müəyyən edilib ki, istifadə olunan avadanlıqların istismar müddəti bitmiş və istehsal üçün yararsız halda istifadə olunan  məhsulun texnoloji prosesdə duz məhlulu ilə qarışması ilə nəticələnib, hazırlanan pivə vaxtından tez istehsaldan çıxarılıb. Nəticədə tonlarla pivə insan həyatı və sağlamlığı üçün təhlükəli halda istehsal olunub. Dövlət nəzarəti tədbiri zamanı müəssisədə heç bir sınağı aparılmayan, ekstraktivliyi və tündlük faizi təyin olunmayan 2 ədəd 20 tonluq çəndə məhsul aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı “Müasir Gənclər” MMC-də pivə istehsalı və satışı qadağan edilib.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır