Modern.az

İnternetdən ən asılı istifadəçiləri olan ölkə hansıdır?

İnternetdən ən asılı istifadəçiləri olan ölkə hansıdır?

Təhsil

27 Yanvar 2010, 13:47
ABŞ-ın Nielsen marketinq şirkətinin hesablamalarına görə, internet istifadəçiləri gün ərzində beş saat yarımdan çox vaxtlarını şəbəkənin müxtəlif sosial servislərinə sərf edirlər. Bu zaman ən çox istifadə olunan resurslar Facebook sosial şəbəkəsi və Twitter mikrobloqlar servisidir.
Nielsen mütəxəssisləri qeyd edir ki, 2008-ci ilin dekabr ayında sosial şəbəkələrə istifadəçilər tərəfindən üç saatdan bir qədər çox vaxt sərf olunurdu, 2009-cu ilin dekabr ayında isə bu göstərici 5 saat 35 dəqiqəyə çatmışdır. Belə ki, bu istiqamətdə illik artım 82% olub.
Qeyd edək ki, Nielsen-in təqdim etdiyi məlumatlar ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Fransa, İspaniya, İtaliya, Avstraliya, Yaponiya və Braziliya istifadəçilərinə aiddir.
İnternet-asılılıq üzrə lider isə Avstraliya istifadəçiləri olub. Bu ölkənin internet istifadəçiləri orta hesabla gün ərzində təxminən yeddi saata qədər sosial şəbəkələrdə otururlar. Elə burada da Nielsen-in hesabatına görə ən populyar sosial servis Facebook, istifadəçi sayının artm tempinə görə isə Twitter resursu birincidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi