Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tаriхli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009-2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”nın və 04 mаy 2011-ci il tаriхli 1490 saylı Sərəncаmı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı əhalinin və digər istehlakçıların payız-qış mövsümündə normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri məqsədilə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirlib ki, 01 iyul 2012-ci il tarixə Azərbaycan Respublikasında 1403049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2 faiz, o cümlədən Bakı şəhərində 632068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2 faiz, regionlarda 770981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2 faiz təşkil edib.
”“Azəriqaz” İstehsalat Birliyinin əsas strateji hədəflərindən biri dövlət proqramlarında qaz təchizatı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və respublikanın qazlaşma səviyyəsinin 2013-cü ilin sonuna qədər 95 faizə çatdırılmasından ibarətdir. Belə ki, 2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Modern.az