Modern.az

Vahid Əhmədov: Şəhid və qazi ailələrinin banklarda çox ciddi problemləri var

Vahid Əhmədov: Şəhid və qazi ailələrinin banklarda çox ciddi problemləri var

15 Dekabr 2020, 12:34

“Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında keçirilən görüşdə bildirdik ki, müharibə artıq başa çatıb”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. 

Deputat bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var:

“Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası ümumiyyətlə bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir