Modern.az

Ziya Məmmədov kollegiya iclası keçirib

Ziya Məmmədov kollegiya iclası keçirib

27 İyul 2012, 14:37

Nəqliyyat Nazirliyində 2012-ci ilin birinci  yarım ilinin yekunlarına həsr olunmuş  kollegiya iclası keçirilib. Bu barədə Modern.az-a nəqliyyat nazirliyin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, kollegiya iclasında müvafiq qurumların və strukturların hesabatları dinlənilib.  İclasda Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə I yarımilinin yekunları və qarşıda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.  Kollegiya iсlasının gedişində “Azərbayсan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hesabatları dinlənilib. Əldə edilən uğurlardan və bəzi sahələrdə hələ də mövcud olan çatışmazlıqlardan danışılıb, sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
 Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?