Modern.az

Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI

Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI

Media

15 Dekabr 2020, 14:40

Bu ilin dekabr ayına olan məlumata görə, 274 jurnalist həbsdədir və bu, 2016-cı ildə qeydə alınan rekordun (272) yenilənməsi deməkdir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) ictimai təşkilatı məlumat verib.

 

Bildirilib k, beşinci ildir həbsdə olan jurnalistlərin sayı 250-ni keçir. Həbsdə olan media işçilərinin 13%-ni qadın jurnalistlər təşkil edir.

 

Araşdırma aparılan zaman ABŞ-da həbsdə olan heç bir jurnalist olmayıb, lakin 2020-ci ildə ölkədə 110 media işçisi cinayət ittihamı ilə mühakimə olunub, 300 jurnalist hücuma məruz qalıb, bunların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.

 

Bu il 2 həbs cəzası çəkərkən ölüb. Onlardan 1-i koronavirusdan vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür