Modern.az

TQDK-dan II qrupun abituriyentlərinə xəbər var

TQDK-dan II qrupun abituriyentlərinə xəbər var

27 İyul 2012, 15:24

II ixtisas qrupu üzrə sənəd verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni bugündən çap edə bilərlər. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.

TQDK-dan bildirilib ki, avqustun 3-də  ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu imtahanda iştirak etmək üçün ərizə verən  abituriyentlər iyulun 27-dən etibarən Komissiyanın internet saytından (//tqdk.gov.az/bvali2012/) imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. 

Qeyd edək ki, ali məktəblərə sonuncu qəbul imtahanı II qrup üzrə avqustun 3-də keçiriləcək.   

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir