Modern.az

“Sülhməramlılar mühasirəyə alınmayıb” - Rusiyadan təkzib

“Sülhməramlılar mühasirəyə alınmayıb” - Rusiyadan təkzib

16 Dekabr 2020, 21:36

Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələri bölmələrinin mühasirə olduğu barədə xəbəri təkzib edib.

 

Modern.az xəbər verir ki, Rusiya hərbi idarəsinin yaydığı məlumatında belə deyilir.

 

"Guya Rusiya sülhməramlı qüvvələri bölmələrinin Dağlıq Qarabağdakı tərəflərdən hansı tərəfindənsə mühasirəyə alınması barədə məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı bütün bölmələri həm müşahidə postlarında, həm də atəşkəs rejiminə əməl olunmasının monitorinqi zamanı ştat rejimində vəzifələri yerinə yetirir", - deyə Nazirlikdən bildiriblər.

 

Qeyd edək ki, bundan əvvəl-çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində rusiyalı sülhməramlıların Hadrut rayonunda Azərbaycan qoşunlarının mühasirəsində olduğunu bildirmişdi.

"Bizim məlumatlarımıza görə, Rusiya sülhməramlıları da mühasirədədirlər. Rabitə ilə bağlı problemlər var, çünki ərazi baxımından kommunikasiya ilə bağlı müəyyən problemlər var. Özü də Rusiyanın sülhməramlılarında da belə problemlər var və orada bizdə müəyyən böhranlı vəziyyət yaranıb", - deyə N.Paşinyan bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub