Modern.az

Ermənistanın Qarabağ İTKİLƏRİ: 3200 ölü, 1400 itkin düşən...

Ermənistanın Qarabağ İTKİLƏRİ: 3200 ölü, 1400 itkin düşən...

17 Dekabr 2020, 10:34

Qarabağda itkin düşən erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Modern.az xəbər verir ki, Ermənistan hakimiyyəti ictimai qınaqdan ehtiyat etdiyi üçün ölənlərin və itkin düşən hərbçilərin real sayını ictimaiyyətdən gizlədir.

 

Hökumət mənbələrindən əldə olunan məlumata görə, hazırda Qarabağda itkin düşən 1400 hərbçinin cəsədi axtarılır, morqlarda olan daha 700 hərbçinin cəsədi isə hələlik tanınmayıb.

“İtkin düşənlərin böyük əksəriyyəti həlak olsa da, onların cəsədləri Ermənistan ərazisinə gətirilməyib. Hazırda morqlarda şəxsiyyəti müəyyənləşməmiş 700 hərbçi var”- deyə açıqlamada bildirilir.

Bundan başqa, qeyd edilir ki, hərbçilərin cəsədlərinin tanınmaması bəzi hallarda morq əməkdaşlarının şəxsi sənədləri səhv salması, ölənlərin ekspertizasını tam məsuliyyətlə aparmaması ilə bağlıdır.

 

Xatırladaq ki, bu günə qədər Ermənistan yalnız 3200 hərbçinin ölümünü etiraf edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub