Modern.az

Ermənistan Qafan yaxınlığındakı yüksəklikləri Azərbaycana qaytarır - FOTOLAR

Ermənistan Qafan yaxınlığındakı yüksəklikləri Azərbaycana qaytarır - FOTOLAR

17 Dekabr 2020, 14:16

Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir.

Modern.az xəbər verir ki, Sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunu ərazisinə düşür.

 

Ona görə də, düşmən qüvvələrinin yüksəkiklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir.

 

Strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir. Azərbaycan ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq barədə vaxt verdiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır