Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 191 460 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.
Ölkədə son sutka ərzində 17 426 hazırkı dövrədək isə 2 016 003 test aparılıb.