Modern.az

Azərbaycanda 8 Noyabr qeyri-iş günü olacaq

Azərbaycanda 8 Noyabr qeyri-iş günü olacaq

Parlament

18 Dekabr 2020, 11:39


Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər