Modern.az

Deputat iki gün ərzində seçicilərilə görüşüb - FOTOLAR

Deputat iki gün ərzində seçicilərilə görüşüb - FOTOLAR

Təhsil

30 İyul 2012, 11:17

Milli Məclisin deputatı Vahid Əhmədov növbəti dəfə iki gün ərzində Quba rayonunda seçiciləri ilə görüşərək, bir neçə tədbirdə iştirak edib. Millət vəkilinin  təşəbbüsü ilə dağ kəndlərində əhalini narahat edən problemlərin həlli üçün Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə birlikdə rayonun bir neçə kəndində əhali ilə görüşlər keçirilib. Görüşlərdə Bakıda fəaliyyət göstərən bir neçə QHT-nin təmsilçiləri də olub.
Qubada ilk görüş rayonun icra başçısı Mübariz Ağayevlə keçirilib. Görüşdən sonra Qubadakı erməni vəhşiliklərini əks etdirən məzarlıq ziyarət olunub. Qarşılıqlı informasiya mübadiləsindən sonra növbəti görüş rayonun Qam-qam kəndində keçirilib. Maraqlı keçən görüşdən və kəndlə tanışlıqdan sonra Qam-qamda Yaponiya hökümətinin maliyyə dəstəyi ilə içməli su infrastrukturunun yaradılması layihəsinin icra olunması barədə qərar qəbul edilib. Bu qərarın icrasına sentyabr ayında başlanılacaq.

Növbəti görüş rayonun dağ kəndi olan Zərqava kəndində olub. Görüş zamanı bildirilib ki, bu və qonşu 9 kəndin əhalisi yaxınlıqda tibb məntəqəsinin olmaması səbəbindən 60-65 km məsafəni qət edərək müayinə və müalicə üçün rayon mərkəzinə getməli olurlar. Dağ kəndlərinə gedən yolların hansı vəziyyətdə olmasını nəzərə alsaq, bunun necə çətin bir problem olduğunu başa düşmək heç də çətin deyil. Görüşdə iştirak edən rayon mərkəzi xəstəxanasının baş həkimi, ərazi icra nümayəndəsi və bələdiyyə sədri dinlənildikdən və kənd ilə tanışlıqdan sonra burada kənd tibb məntəqəsinin tikilməsininin mümkünlüyü barədə qərar qəbul edilib. Bu layihənin icrası müddəti gələcək görüşlərdə bir daha dəqiqləşdiriləcək.

Günün sonunda deputatın Quba şəhərində yerləşən ofisində seçicilər ilə görüş və qəbul keçirilib. Qəbul zamanı 27 seçici qəbul edilib. Əhalini narahat edən problemlər-ev tikmək üçün torpaq sahələrinin ayrılması, gənclərin ali məktəbləri bitirdikdəın sonra işlə təmin olunmaları, rayon təşkilatlarının əhalinin müraciətlərinə laqeyd yanaşmaları və bir sıra digər məsələlər olub.
”Bir neçə məsələnin həlli üçün yerində tədbir görülüb, qalanlarının həlli istiqamətində tədbirlər müəyyənləşdirilib”-deyə deputatın köməkçisi Arif Orucov Modern.az-a məlumat verib.



Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?