Modern.az

“Qarabağın azərbaycanlı icması sədrinin heç bir planı yoxdur” - İTTİHAM

“Qarabağın azərbaycanlı icması sədrinin heç bir planı yoxdur” - İTTİHAM

Qarabağ

18 Dekabr 2020, 15:17

Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Düşmən tapdağından 30 il sonra azad olunmuş torpaqlarımızda yenidənqurma işləri davam edir.

Bəs Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin həmin ərazilərlə bağlı planı nədir?

 

Bu barədə Modern.az-a “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva danışıb.


O, qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədrinə çox müraciət ünvanlayıblar.

Amma, icna sədri edilən müraciətlərin heç birinə cavab verməyib:

 

“İcmanın sədri bizimlə ən azı onlayn iclas etməli, planlarından danışmalı idi. Sədr üçün heç kəs maraqlı deyil. Zəng etdiyimiz zaman isə köməkçisi telefona cavab verir və hər şeyin öz vaxtı olduğunu bildirir.

Biz onu Xankəndinin millət vəkili kimi torpaq uğrunda şəhid olan əsgərlərimizin ailələrini ziyarət etdiyini görmədik”.

 

X.Vəliyevanın sözlərinə görə, icmanın sədri kimi onun heç bir planı yoxdur.


Fidan İlqarqızı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir