Modern.az

Azərbaycanda virusdan sağalanlar yoluxanları üstələdi: 45 ölüm

Azərbaycanda virusdan sağalanlar yoluxanları üstələdi: 45 ölüm

Hadisə

18 Dekabr 2020, 16:52

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 195 422 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62  037 nəfərdir.

 

Ölkədə son sutka ərzində 15 305 hazırkı dövrədək isə 2 031308  test aparılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır