Modern.az

Rusiya Azərbaycan sərhəddi bu tarixədək bağlanır - RƏSMİ

Rusiya Azərbaycan sərhəddi bu tarixədək bağlanır - RƏSMİ

18 Dekabr 2020, 18:49

"Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021- ci ilin 1 mart tarixinədək bağlı olacaqdır"

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat yayıb.



Məlumatda deyilir:

 

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu