Modern.az

Azərbaycandakı əcnəbilər barədə rəsmi açıqlama verildi

Azərbaycandakı əcnəbilər barədə rəsmi açıqlama verildi

Təhsil

30 İyul 2012, 11:51

Cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,23 faiz artaraq 12 898 nəfərə yüksəlib.  Bu barədə Modern.az-a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

2012-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Тürkiyə vətəndaşları (7497 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1527 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 672 nəfərdir.

Sonrakı yerlərdə İran İslam Respublikası (423), Hindistan (289), Çin Xalq Respublikası (257), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (165), Özbəkistan (161), Bosniya və Hersoqovina (128),  Pakistan İslam Respublikası (114), Almaniya (111) , Ukrayna (107),  Filippin (106), İtaliya (91),  Türkmənistan (86), Malayziya (80),  Qazaxıstan (76),  ABŞ (70) və s. ölkələr gəlir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır