Modern.az

Rusiya zabiti Şuşada minaya düşdü

Rusiya zabiti Şuşada minaya düşdü

Qarabağ

18 Dekabr 2020, 22:40

Rusiya ordusunun zabiti Şuşada həlak olub.

 

Modern.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Şuşa şəhəri ərazisindəki yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb.
Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilsə də, xəstəxanaya aparılarkən zabit aldığı xəsarətlərdən ölüb.

 

Müdafiə Nazirliyi qeyd edib ki, hərbçinin ailəsinə hər cür lazımi kömək və dəstək göstəriləcək.

 

Turan ASLAN

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir