Modern.az

Mərdəkanla qardaşlaşan Polşanın Nadajn qəsəbəsinin meri Xəzər rayonuna gəlib

Mərdəkanla qardaşlaşan Polşanın Nadajn qəsəbəsinin meri Xəzər rayonuna gəlib

30 İyul 2012, 12:45


Xəzər Rayon İcra Hakimiyyəti ilə Polşa Respublikasının Pruşkov rayonunun “Nadajn qəsəbəsi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsinin qardaşlaşma layihəsi” çərçivəsində Nadajn qəsəbəsinin meri Yanuş Gjıbının başçılıq etdiyi 5 nəfərlik nümayəndə heyətinin  Xəzər rayonuna cavab səfəri başlayıb. İyulun 27-dən başlayan səfər bu gün başa çatacaq.
Bu barədə Modern.az-a Xəzər Rayon İcra Hakimiyyətinin İnformasiya təminati və təhlili sektorndan məlumat verilib.

Xatırladaq ki, 21-27 iyun 2012- ci il tarixlərində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşa Respublikasının Pruşkov rayonunun Nadajn qəsəbələrinin qardaşlaşması məqsədi ilə Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti Polşaya səfər etmişdi. Xəzər rayonunun icra başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti  Nadajn qəsəbəsinə səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdirlər.
Cavab olaraq qonaqların Bakıya səfərləri çərçivəsində ilk olaraq Xəzər rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə icra başçısı Gülağa İslamov qonaqları salamlayıb və Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafından söz açıb. İcra başçısı tərəflər arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Gorüşdə G.İslamov ölkə prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan ərazilərinin 20 faizinin işğalı olunmasından və Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızdan bəhs edib. Başçı həmçinin Heydər Əliyev Fondunun prezidenti və rayonun deputatı Mehriban Əliyevanın gördüyü məqsədyönlü işlər haqqında məlumat verib.

Görüşdə Millət vəkili Rauf Əliyev və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov da çıxış ediblər.

Daha sonra qonaqlar proqram əsasında rayonda olan bir sıra təhsil, səhiyyə və sənaye müəssisələrində, Qala qoruğu- Etnoqrafiya və Əntiq əşyalar muzeyində, o cümlədən Baki şəhərində Fəxri və Şəhidlər xiyabanlarında, Tarix muzeyində və digər görməli yerlərdə olublar.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?