Modern.az

150 bal toplayan abituryentlərə şans verildi - TQDK-dan çağırış

150 bal toplayan abituryentlərə şans verildi - TQDK-dan çağırış

30 İyul 2012, 13:55

Dövlət Sərhəd Xidmətinin Akademiyasina qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə  qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin Dövlət Sərhəd Xidmətinin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.
Müsabiqə aşağıda göstərilən ixtisaslar üzrə aparılacaq: 
·       Uçuş mühəndisliyi 
·       Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi 
·       Mexanika mühəndisliyi 

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq arzusunda olan namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədlərlə DSX aparatının inzibati binasına  (ünvan: Zərifə Əliyeva küçəsi, 30; tel: (012) 498 01 43) müraciət edə bilərlər. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir