Modern.az

Media işçiləri “Böyük İpək Yolu”nda - FOTO

Media işçiləri “Böyük İpək Yolu”nda - FOTO

30 İyul 2012, 14:09

“Mətbuat qeyri-rəsmi” jurnalistlər qrupu və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi İsmayıllı rayonuna birgə səfər təşkil edib. Səfərin məqsədi media nümayəndələrinin bir günlük də olsa işdən kənar istirahəti və “Böyük İpək Yolu” ilə tanışlığı olub. İsmayıllı rayonunun dilbər guşələrinin birini özlərinə məkan seçən media nümayəndələri burada istirahət etməklə yanaşı müxtəlif intelektual oyunlar da keçiriblər.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinın nümayəndələri Nail Abdulov və Orxan Əli media işçilərinə yeni yaradılmış təşkilat haqqında məlumat veriblər. Bildirilib ki, iyun ayının 27-də təsis olunan təşkilat 25 ölkənin gənclərini özündə birləşdirir. Bundan başqa təşkilat mədəniyyətlərarası dialoq, gənclərin sosiallaşması və digər sahələrdə layihələr həyata keçirəcək.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi yaxın günlərdə jurnalistlər üçün müsabiqə elan edəcək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq