Modern.az

“Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar” - Bayram Səfərov

“Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar” - Bayram Səfərov

19 Dekabr 2020, 18:12

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib. 

 

Bu barədə icra başçısı Modern.az-ın sualına cavab olaraq bildirib.

 

O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur: 

 

“Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq lazımdır. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”.

 

İcra başçısı Şuşada dağıdılan dini və tarixi abidələrin taleyinə də toxunub: 

 

“Şuşanı dağıdıblar. Tariximizi yerlə yeksan ediblər. Bütün abidələrin bərpası üçün müvafiq qurumlar fəaliyyət göstərirlər”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı