Modern.az

“Musavat.com”, “qafqazinfo” və... bir neçə sayt haker hücumuna məruz qalıb

“Musavat.com”, “qafqazinfo” və... bir neçə sayt haker hücumuna məruz qalıb

30 İyul 2012, 14:23

Modern.az xəbər verir ki, bir sutkadan çoxdur ölkənin ən çox ziyarət olunan saytlarından olan musavat.com-un açılmasına və yenilənməsində problem yaranıb. Saytın redaktoru Xalid Kazımlının verdiyi məlumata görə, musavat.com Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumuna məruz qalıb.

“Saytımıza xidmət göstərən provayder şirkəti portala daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı qalan qüvvələrin sifarişi ola bilər”, - deyə sayt redaktoru əlavə edib.
Hazırda sayta xidmət göstərən hostinq şirkətinin SQL proqramını bərpa etməklə məşğul olduqlarını deyən X.Kazımlı bildirib ki, yaxın saatlarda musavat.com-un öz fəaliyyətini bərpa etməsi mümkün olacaq.

Qeyd edək ki, son sutkada “qafqazinfo”, “publika.az”, “trend.az” saytlarının da açılmasında ciddi problem yaşanıb.

”Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud bildirib ki, şənbə günü saat 13-dən “Qafqazinfo”ya giriş dayandırılıb.
”Səbəb hücumlardır. Mütəxəssislərin dediyinə görə, hücumlar Türkiyə ərazisindən edilir. Bu səbəbdən də sayta giriş məhdudlaşdırılıb. Bu, təkcə “Qafqazinfo”ya qarşı deyil, “musavat.com”  və “publika.az” da eyni problemlə üzləşib. Gözləyirik ki, yaxın saatlarda girişimiz bərpa olunacaq. Baş verənlərə görə oxuculardan üzr istəyirik”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı